Ru
23:59 / 16 Oktyabr 2018

Azərbaycan nefti ucuzlaşır

1110
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 81,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,19 dollar/barel azdır.


BakuPost xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 81,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel azdır.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 15-də 78,03 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.


Şimal dənizindən hasil edilən "Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 15-də 81,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər