Ru
13:34 / 25 Sentyabr 2018

Sabah yağış yağacaq

2769
26 sentyabrda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir  tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı  ehtimalı var.  Gün ərzində şimal-qərb küləyi güclənəcək. 


Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26,  Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.


Atmosfer  təzyiqi 759 mm civə sütunundan 766  mm  civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq. 


Azərbaycanın rayonlarında sentyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 15-20, gündüz  25-29, dağlarda gecə 9-14, gündüz  16-21 dərəcə isti təşkil edəcək. 


Tibbi-meteoroloji proqnoz


Sentyabrın 26-sı gündüzdən 28-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər