Ru
13:39 / 21 İyul 2018

Nazirlikdən əhaliyə xəbərdarlıq - EHTİYATLI OLUN

2617
İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) BakuPost-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə  23-25°, gündüz  27-32° isti, Bakıda  gecə  23-25°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.


Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq çimərliklərə üz tutanlar ehtiyatlı olmalıdır.


İyulun 22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Azərbaycanın rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz  19-24° isti təşkil edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər