Ru
10:42 / 21 İyul 2018

Bakıda ağır yol qəzası

2254
Gecə saatlarında paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Bu haqda BakuPost-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda "Opel” və "Hyundai” markalı iki minik avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Opel” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər