Ru
16:07 / 20 İyul 2018

Çaylardakı mövcud vəziyyət açıqlandı

1717
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara çaylarında 30-70, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.


İyulun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 68 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 34 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.


İyulun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6 sm azalma, Salyanda 2 sm artım qeydə alınıb, Bankə və Araz çayının Novruzlu məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2017-ci il iyulun 20-də 320 sm), Şirvanda 147 sm (2017-ci il iyulun 20-də 165 sm), Salyanda 65 sm (2017-ci il iyulun 20-də 80 sm), Bankədə 171 sm (2017-ci il iyulun 20-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il iyulun 20-də 40 sm) təşkil edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər