Prezident NATO-nun iclasında iştirak edir

1403
Bu gün Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
 
 * * *

Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası başlayıb.

BakuPost Report-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Toplantıda NATO-ya üzv olan ölkələrin və Alyansın Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasına töhfə verən ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.

İclası NATO-nun Baş katibi Yens Stoltenberq açıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər