Ru
13:29 / 23 İyun 2018

Sabah hava necə olacaq? - PROQNOZ

2018
İyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BakuPost-a bildirilib ki, zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.


Havanın temperaturu gecə  20-23° isti, gündüz  30-35° isti, Bakıda  gecə  21-23° isti, gündüz  32-34° isti olacaq.


Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.


Nisbi rütubət  gecə 70-80 %, gündüz 35-45 % olacaq.


Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.


Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək.


Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda  gecə  11-16° isti, gündüz  20-25° isti təşkil edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər