Ru
10:30 / 19 İyun 2018

Bakıda restoranda yanğın - YENİLƏNİB

2548
Bakıda restoranda baş vermiş yanğın söndürülüb.


Fövqəladə Hallar Nazirliyindən BakuPost-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 700 m² olan (hər mərtəbəsi 350 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət "Nanəli” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 m² sahədə yanıb.


Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib.


FHN-dən BakuPost-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.


Əlavə məlumat veriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər