Ru
13:23 / 24 Aprel 2018

Temperatur 20 dərəcəyə qalxacaq

2398

Bakıda və Abşeron yarımadasında aprelin 25-də hava şəraitinin dəyişkən buludlu
olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi  əsəcək, gündüz mülayim  cənub-qərb küləyi ilə əvəz
olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən
BakuPost.az-a verilən məlumata görə havanın temperaturunun Abşeron
yarımadasında gecə 8-10, gündüz 15-20,  Bakıda gecə 8-10, gündüz 18-20
dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə
sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən
dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanınn
temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə
isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 25-27-də
Abşeron yarımadasında yaz fəsli üçün komfort temperatur şəraiti və meteoroloji
amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər