Ru
00:00 / 24 Aprel 2018

Ermənistan hökuməti istefa verdi

2699
Ermənistan prezidenti Armen Sarkisyan ölkə hökumətinin istefasını qəbul edib.


BakuPost-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat-xidməti məlumat yayıb.


Prezidentin saytında yerəşdirilən fərmanında bildirilir: "Konstitusiyasının 130-cu maddəsini rəhbər tutaraq Ermənistan Respublikasının hökumətin istefasını qəbul etmək".


Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub.


Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər