Ru
23:39 / 23 Mart 2018

Məmmədyarov yenə heç-heçə etdi

2260
Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 11-ci turu keçirilib.


BakuPost-un məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda ABŞ təmsilçisi Uesli So ilə görüşüb. Oyun heç-heçə başa çatıb.


Məmmədyarov 6,5 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, birinci pillədə isə 7 xal ilə ABŞ təmsilçisi Fabiano Karuana qərarlaşıb.


Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir.


Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər