Ru
13:27 / 23 Mart 2018

Cəbhədə silahlar susmur

2204

Ermənistan
silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı
pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 93 dəfə
pozub.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən
BakuPost-a verilən məlumata görə,
Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində və Berd
rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində
yerləşən mövqelərimiz atəşə tutulub.

 



Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun
Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda,
Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun
Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan
ordusunun mövqeləri atəşə məruz qoyulub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər