Ru
17:01 / 19 Mart 2018

Bir qrup hərbçiyə polkovnik rütbəsi verildi

3326
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.


MN-dən BakuPost-a verilən məlumata görə, hərbi qulluqçularla görüşən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.


Müdafiə naziri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzda görülən irimiqyaslı tədbirlərdən, dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərdən danışıb.


Nazir vurğulayıb ki, orduya göstərilən bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

 

bir qrup herbciye polkovnik rutbesi verilib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər