Neftin qiymətindən nə xəbər?

1466
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 66,61 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,33 dollar/barel çoxdur.
 
BakuPost xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 65,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 65,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel çoxdur.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər