Ru
22:53 / 21 Sentyabr 2017

Azərbaycana gələn turistlərin sayı açıqlandı

850
Bu il Azərbaycana 1 818 258 xarici vətəndaş gəlib.


Mədəniyyət və Turizm Nazirliyindən BakuPost.az-a verilən məlumata görə, Azərbaycana yanvar ayında 159 262, fevral ayında 154 156, mart ayında 244 210, aprel ayında 187 577, may ayında isə 211 323 xarici vətəndaş səfər edib.


Yay aylarına gəldikdə isə, iyun ayında Azərbaycana 243 136, iyul ayında 313 515, avqust ayında isə 305 079 xarici vətəndaş gəlib.


Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, daha sonra isə Gürcüstan, İran turistləri tutur.


Bu ilin ilk 8 ayı ərzində Azərbaycana Rusiyadan 592 828, Gürcüstandan 349 807, İrandan isə 249 228 xarici vətəndaş gəlib.


Qeyd edək ki, 2016-cı ildə Azərbaycana 1 799 367-i Avropa ölkələrindən olmaqla, ümumilikdə 2 242 783 xarici vətəndaş səfər edib.


Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çox olub. 2015-cı ildə Azərbaycana 2 006 176 xarici vətəndaş gəlib.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər