Ru
17:10 / 16 Avqust 2017

Xəzərdə bir nəfər batdı - Axtarış aparılır

673
Sumqayıtda dənizdə batan şəxsin axtarışları davam edir.


Fövqəladə Hallar Nazirliyindən BakuPost.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfər dənizdə batıb.


Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Hazırda axtarış işləri aparılır.

 

 

 BakuPost

 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər