Ru
11:07 / 16 Avqust 2017

Bakıda yanğın

822
Paytaxtda 4 otaqlı ev yanıb.


BakuPost.az Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub.


Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Bundan başqa, Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 154 m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

 BakuPost

 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər