Sabah 38 dərəcə isti olacaq

Avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BakuPost.az-a verilən xəbərə görə, zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər