Ru
12:52 / 20 İyul 2017

Sabah 42 dərəcə isti olacaq

878
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BakuPost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraiti günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-55% olacaq.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.


Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti Yağmursuz. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək .

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər