Ru
12:56 / 27 İyun 2017

Sabah hava necə olacaq? - Proqnoz

501

İyunun 28-də Bakıda və
Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz
olacaq, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BakiPost.az-a bildirilib ki, havanın
temperaturunun gecə 20-23° isti, gündüz  29-34° isti, Bakıda gecə
 20-22° isti, gündüz  32-34° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80
%, gündüz 45-55 % təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan,
Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı
gözlənilir. Axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq, yağış
yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz
 22-27° isti olacaq.  

 

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər