Ru
22:54 / 23 May 2017

Azərbaycan neftinin SON QİYMƏTİ

1066
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 54,72 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,47 dollar/barel çoxdur.


Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 53,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 22-də 51,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 22-də 53,39 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər