Ru
22:52 / 29 Aprel 2017

11 yaşlı uşağı maşın vurdu

815
 Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


BakiPost.az "Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovu avtomobil vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərilib. Yaralının beyninə qan sızdığından E.Museyibov tomoqrafiya aparatının olduğu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, hazırda E.Museyibov koma vəziyyətindədir.


Faktla bağlı araşdırma aparılır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər