Ru
13:24 / 29 Aprel 2017

İlham Əliyev nazirləri qəbul etdi - YENİLƏNİB

925

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Qətər Dövlətinin sabiq baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanini qəbul edib.



BakiPost.az xəbər verir ki, Həməd bin Casim bin Cabir Al Tani Azərbaycana səfərindən keçən 10 il ərzində ölkədə inanılmaz dərəcədə böyük dəyişikliklərin şahidi olduğunu deyib və Bakıda aparılan çox böyük abadlıq və inkişaf proseslərinə valeh olduğunu bildirib.


Həməd bin Casim bin Cabir Al Tani Qətərdən və ölkəsinin yerləşdiyi regiondan Azərbaycana artıq çoxsaylı turistlərin gəlməsini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev son illər Azərbaycanda gedən inkişaf-quruculuq işlərinə toxunub, insanların rahat yaşayışı üçün böyük həcmdə investisiyanın yatırıldığını deyib. Dövlət başçısı Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən genişmiqyaslı işlərdən danışıb.


Görüş zamanı iki ölkə arasında hava nəqliyyatı, turizm, kənd təsərrüfatı, enerji, neft-kimya, birgə sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Qətər ikitərəfli əlaqələrinin genişləndirilməsinin önəmi qeyd olunub.

 

***

 10:50

 

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Qətər Dövlətinin sabiq Baş naziri və xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanini qəbul edib.


BakiPost.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər