Ru
14:48 / 29 Mart 2017

Bakıda daha bir küçə istifadəyə verildi - FOTOLAR

1316
Bakı şəhərində nəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi tam olaraq təmir olunub.

 

"Azəravtoyol” ASC-dən BakiPost.az-a verilən məlumata görə, küçəsinin uzunluğu 575 metr, eni isə ortalama 9,5 metr təşkil edir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları qoyulub.

 

Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçənin 7 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 21 ədəd baxış qapaqları da yenilənib.

 

Aparılan işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb. Piyada səkilərinin kənarlarına 670 paqon-metr yeni səki daşları düzülüb.

 

Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi, yolgöstərici xətlər çəkilməklə nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

 

 

Bakı Post
Bakıda daha bir küçə istifadəyə verildi -  FOTOLAR
Bakıda daha bir küçə istifadəyə verildi -  FOTOLAR
Bakıda daha bir küçə istifadəyə verildi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər