Dollar kəskin bahalaşdı - Yeni formatda keçirilən İLK hərrac

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib.
 
AMB-dən BakiPost.az-a verilən məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilmiş və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib.
 
Hərracda manatın orta çəkili məzənnəsi 1,7867 səviyyəsində formalaşıb.
 
Qeyd edək ki, AMB dolların bu günə olan rəsmi məzənnəsini 1,7742 manat səviyyəsində müəyyənləşdirib. Beləliklə, dollar bugünkü hərracda 0,7% bahalaşıb.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

29 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər