Ru
14:35 / 24 May 2018

200 manatlıqlardan devalvasiya iyi gəlir? - Bir şad, bir bəd xəbər

7371
200 manatlıq əskinasların dövriyyəyə buraxılması ilə ictimaiyyət arasında devalvasiya olacağı ilə bağlı xəbərlər yayılmağa başlayıb. 


BakuPost xəbər verir ki, əhali neftin qiymətinin xeyli müddətdir? yüksək olduğu və manata inamın sabitləşdiyi bir vaxtda Mərkəzi Bankın tədavülə 200 manatlıqlar buraxmasının heç də xoş xəbərlər vəd etmədiyini düşünür. 


BakuPost-un əməkdaşı insanları ən çox düşündürən suallardan bəziləri ilə iqtisadçı Natiq Cəfərliyə müraciət edib. İqtisadçı əhaliyə bir xoş, bir də bəd xəbər verib.


N. Cəfərlinin sözlərinə görə, 200 manatlıq əskinaslar ölkədə nağdsız ödənişlərin miqdarını bir qədər də artıracaq: "200 manatlıq əskinasların buraxılmasına 2 yöndən baxmaq lazımdır: iqtisadi məntiqə və dünyadakı trendlərə görə. Əslində, Azərbaycan hökuməti nağdsız ödənişlərin həcmini artırmaqda maraqlı olmalıydı. Çünki nağdsız ödənişlər nə qədər çox artacaqsa, bu, vergidən yayınmanın qarşısını alacaq, dövriyyənin rəsmiləşdirilməsini artıracaq. Azərbaycan dünyada ən çox nağd alış-veriş olan ölkələrdən biridir. Ölkəmizdə 96 faiz ticarət dövriyyəsi nağd ödənişlərlə aparılır. Bu da dünyada ən pis göstəricilərdən biridir. Hökumət bu yöndə addımlar atmaqdansa, nəğd ödənişləri təşviq edəcək və daha da asanlaşdıracaq addımlar atır. 200-lük əskinasların dövriyyəyə buraxılması birinci növbədə nağd ödənişlərin həcmini artıracaq. 


Bunun səbəblərindən biri odur ki, büdcə xərcləmələri kəskin artıb. Neftin qiymətindən asılı olaraq büdcəni də artırırlar. İyun ayının ilk həftələrində büdcənin yenidən artırılması gözlənilir. Təxminən 4 milyard manata yaxın büdcə xərcləri artacaq. Bu qədər artan büdcə xərclərini həyata keçirmək üçün nağd vəsaitə daha çox ehtiyac yaranacaq. Bundan çıxış edərək nağd manat dövriyyəsini artırmağı düşünürlər. Bunun da yollarından biri 200-lük əskinasın dövriyyəyə buraxılmasıdır”. 

 

Картинки по запросу natiq cəfərli


"Devalvasiya olacaqmı” sualını cavablandıran iqtisadçı şad xəbər verib. Deyib ki, bunun manatın məzənnəsinə birbaşa dəxili olmayacaq və kəskin devalvasiya gözlənilmir: "Lakin iqtisadi nəzəriyyəyə görə manat kütləsinin dövriyyəsinin artması həm infilyasiya proseslərini sürətləndirir, yəni qiymətlərin qalxmasına səbəb olur, həm də manata olan təzyiqləri artırır. Çünki manata olan təzyiqlər neftin qiymətinin yüksək olduğu zamanlar nə qədər azalmış olsa da, ətraf ölkələrdə baş verən proseslər istər-istəməz manata təsir edir. Lirənin ilin əvvəlindən 25 faizə yaxın, Rusiya rublu 12 faizə yaxın, Qazaxıstan təngəsi də təxminən 10 faiz dəyər itirib. İran realı 15 faizə yaxın qiymətdən düşüb. Ətraf ölkələrdə milli valyutanın dəyərdən düşməsi istər-istəməz manata da ciddi təsir göstərməyə başlayacaq". 


200-lük əskinaskarın buraxılması da manat kütləsini artıracaq. Manat kütləsi dövriyyədə artdıqca, məzənnəyə də təsirsiz ötüşməyəcək və ilin sonuna yaxın Azərbaycan manatında yumşaq şəkildə də olsa dəyərdən düşməsini görə bilərik. Kəskin devalvasiya isə olmayacaq”.

 

Nigar Etibar
200 manatlıqlardan devalvasiya iyi gəlir? -  Bir şad, bir bəd xəbər
Şərhlər
  • t.ədalət

    Ölkədə vəzifələr satıldığına görə nağdsız ödənişlərə keçid ləngiyəcək.Rüşvət vermək üçün mütləq əhalinin əlində iri əskinaslar olmalıdır.Odur ki, nağdsız ödənişlər üçün darıxmaq lazım deyil.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər