Ru
10:59 / 27 İyul 2017

20 Yanvardan “Qarabağ”a.... kimdir bu Ağabala? - Dosye/FOTO

2314
"Qarabağ”ın Moldova "Şerif”i ilə keçən ağır qarşılaşmasının ortasında AzTV-nin idman şərhçiləri az qala baş məşqçi Qurban Qurbanovun yanına gedib yalvaracaqdılar ki, bu futbolçunu meydana buraxsın. 


Futbol şərhçiləri təkidlə deyirdilər ki, bu oyunçu meydana girsə dönüş yarada bilər. Qurban onu 85-ci dəqiqədə oyuna buraxdı və həqiqətən də bir qədər tez meydana daxil olsaydı, ya qol vuracaqdı, ya da qolun ötürməsini verəcəkdi. 


Söhbət "Qarabağ”ın gənc futbolçusu Ağabala Ramazanovdan gedir. O Ağabala ki, gənc yaşından ölkənin ən yaxşı klublarında top qovub - "Neftçi”, "İnter,” "Xəzər Lənkəran”, "Sumqayıt” və indi də çempion "Qarabağ”dadır. 

 

Картинки по запросу ağabala ramazanov


Təkcə Ağdam klubunun baş məşqçisinin deyil, millimizi çalışdıran Robert Prosineçkinin də diqqətini cəlb edib və yığmanın heyətində yer alır.  


İdman şərhçilərinin onun adını xüsusi qeyd etməsi isə təsadüfi deyil. Ağabala sürətli driblinqi olan, çevikliyi, rəqiblərinin iki və üçünü birdən keçmək qabiliyyəti olan futbolçudur. 


Onun məşhurlaşması və karyerasının parlaq dövrü "Xəzər-Lənkəranda olub. Azarkeşlərin sevimlisinə çevrilmiş Ağabala komandanın gözünün işığı idi. 


Cənub klubu fəaliyyətini dayandırdıqdan sonra A.Ramazanov karyerasını "Sumqayıt”da davam etdirdi, sonra Ağdam klubuna keçidi baş tutdu. 


Onun Lənkəranda sevilməsinin bir səbəbi də böyük qardaşı, bir vaxtların istedadlı hücumçusu Zaur Ramazanovdur. Zaur "Xəzər Lənkəran”ın ulduzlarından biri idi və müdafiəçilər onun qabağını almaqda tər tökməli olurdular. 


Zaurdan sonra Ağabalanın da "Xəzər”də özünü doğrultması Lənkəranda Ramazanov qardaşlarına böyük sevgi, rəğbət qazandırmışdı. Amma "Qarabağ”a gəlişindən sonra Qurbanov onu çox vaxt ehtiyat heyətdə saxlayır. 


Bu o demək deyil ki, baş məşqçi ona güvlənmir. Əksinə, "Şerif”lə oyunda olduğu kimi, nəticə olmayanda dərhal Ağabalanı meydana buraxır ki, dönüş yaratsın. 

 



Sadəcə, "Qarabağ”ın start heyətində kifayət qədər koloritli oyunçular var ki, baş məşqçi Ağabalanın ampluasında oynayan futbolçunu ehtiyatda saxlaya bilmir. 


Ağabalanı başqalarından fərqləndirən bir fakt isə onun yanvarın 20-si anadan olmasıdır. 1993-cü il təvəllüdlü futbolçu 20 Yanvar matəminə görə heç vaxt doğum gününü qeyd etmir. Onun verdiyi müsahibələrin birindən sitat: 


"Yanvarın 20-də anadan olduğuma görə heç vaxt ad günümü qeyd etməmişəm. Çünki həmin gün ölkəmizdə matəmdi. 


20 Yanvar qırğınında çox ailələr şəhid verib, hər il evlərində yas tuturlar. Həmin şəhidlər bizə görə canlarından keçiblər. Onların anıldığı bir gündə özümə ad gününü necə keçirə bilərəm? 


Onsuz da son illər 20 yanvar günü təlim-məşq toplanışları ilə əlaqədar ailəmlə olmuram. Evdəkilər də mənə ad günü keçirmirlər. Keçirsələr də, 2-3 gün sonra. O da elə-belə, yüngülvari. 


Cəmi 1 dəfə olub. 2-3 il əvvəl "Xəzər Lənkəran"la Antalyada idik. Onda mənim adıma tort sifariş vermişdilər. Yenə də ayın 20-i yox, 1 gün sonra tort kəsdim. 


Şənlik-filan olmadı. Tortu kəsdim, hərə öz payını götürüb otağına çəkildi. Ad günümü heç vaxt qeyd etməyəcəm”.


Emil 

BakuPost

20 Yanvardan “Qarabağ”a.... kimdir bu Ağabala? -  Dosye/FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər