Ru
10:41 / 20 Yanvar 2017

“20 Yanvar” stansiyasında həlak olan şəhidlərin xatirəsi yad edilir

1336

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin 27-ci ildönümü Bakı Metropolitenində də qeyd edilir.


BakiPost.az xəbər verir ki, Bakı Metropoliteninin bütün stansiyalarında, xüsusən də "20 Yanvar” stansiyasında qanlı yanvar faciəsi zamanı həlak olan şəhidlərin xatirəsi yad edilir.


"20 Yanvar” stansiyasında güllərlə bəzədilmiş ekspozisiya düzəldilib. Eyni zamanda "20 Yanvar” daxil olmaqla metropolitenin bütün stansiyaları bu il də qara lentli qərənfillərlə bəzədilib. Həmçinin stansiyalarda 20 Yanvarla bağlı matəm musiqiləri səsləndirilir.


Xatırladaq ki, Bu gün metroda bütün qatarlar saat 12:00-da dayandırılaraq eyni anda fit verəcək. 


Sonda isə 20 Yanvar şəhidlərinin xatirəsi sərnişinlərlə birgə bir dəqiqəlik sükutla yad ediləcək.


Sevinc Yasinqızı

Bakı Post

 

“20 Yanvar” stansiyasında həlak olan şəhidlərin xatirəsi yad edilir
“20 Yanvar” stansiyasında həlak olan şəhidlərin xatirəsi yad edilir
“20 Yanvar” stansiyasında həlak olan şəhidlərin xatirəsi yad edilir
“20 Yanvar” stansiyasında həlak olan şəhidlərin xatirəsi yad edilir
“20 Yanvar” stansiyasında həlak olan şəhidlərin xatirəsi yad edilir
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər