Ru
14:10 / 04 İyul 2018

“2 qoca qadın metrodan ölümcül halda çıxdı, su verən tapılmadı” - Günün qəhrəmanı

4410
Dünən elektrik enerjisinin kəsilməsi ilə metrodan insanların evakuasiya olunması zamanı Əziz Əlibəyli adlı jurnalistin hamıya su paylaması sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan olub.

 

Yayılan fotoda Ə. Əliyevin əlində bir kaset su tutduğu, metrodan çıxan insanlara payladığı əks olunub. Onun təmənnasız şəkildə atdığı bu addım təqdirlə qarşılanıb.

 

Günün qəhrəmanı BakuPost-a açıqlamasında deyib ki, bu addımı atmasına səbəb metrodan halsız halda çıxanlara təcili yardım etmək olub: "Nərimanov metrosunun qarşısındaydım. Metrodan insanları evakuasiya edirdilər. Vəziyyət çox ağır idi. Hamı bir-birinə qarışmışdı. İnsanlar bir qurtum suya möhtac ikən, metronun qarşısındakı köşklərdə suyu "od qiyməti”nə satırdılar. Metrodan o halda çıxan, pulunun belə harada olduğunu xatırlaya bilməyənləri sözün əsl mənasında soyurdular. İki yaşlı qadın isə içəridən lap ölümcül vəziyyətdə çıxdı və onlara su verən olmadı. Bunu görüb dükana qaçdım, 4 kaset su alıb, gəlib dayandım metronun qarşısında və ehtiyacı olan hamıya payladım”.

 

Nigar Etibar

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər