Ru
18:04 / 23 İyun 2017

2 günlük pulsuz aksiya başa çatdı - FOTO

1408

Azərbaycan
Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ramazan bayramı ilə əlaqədar
keçirilən 2 günlük ödənişsiz aksiya başa çatıb.

BakuPost.azxəbər verir ki, aksiya barədə fikirlərini bölüşən ölkənin Baş nefroloqu,
professor Mehman Ağayev müayinəyə gələn insanlar içərisində daha çox gecikmiş
patalogiya ilə müraciət edənlərin olduğunu bildirib: "Böyrəklərin iltihabi xəstəlikləri,
şəkərli diabet və arterial hipertenziya nəticəsində böyrəklərin zədələnməsi ilə
müayinəyə gələnlərin üstünlük təşkil edir. Müşahidəmdən onu deyə bilərəm ki,
insanlar vaxtında və zamanında həkim müayinəsinə gəlməkdən sanki qorxurlar. Belə
olduğu halda xəstəliklər daha ağır formada özünü büruzə verir və nəticədə böyrəklərin
itirilməsinə qədər gətirib çıxarır”.

Professor
onu da qeyd edib ki, Ramazan bayramı ərəfəsində keçirilən bu aksiya çox böyük
önəm daşıyır: "Bu həm səhiyyəmizə, həm də ölkə əhalisinə göstərilən xidmət
olaraq, böyük önəm kəsb edir. Bu gün həkim kimi insanlarımıza daha çox lazımlı
olduğumu və mənəvi rahatçılıq tapdığımı hiss etdim”.

Azərbaycan
Tibb Universitetinin prorektoru, dosent, uşaq nefroloqu Rauf Bəylərov da öz
növbəsində aksiyanın maddi vəziyyəti aşağı olan insanlara köməklik baxımından
vacib olduğunu vurğulayıb.

"Baxış
keçirilən uşaqlar arasında elə də ciddi xəstəlikləri aşkar etmədik. Onlardan
çoxunu analizlərə göndərdik, çünki, böyrəklərə birdən-birə diaqnoz qoyulması qətiyyən
doğru deyil. Bu analizlərin nəticəsindən asılı olaraq həmin uşaqlara müvafiq dərman
vasitələri də tətbiq olunacaq.


Bu gün
bir daha qəbul edilən qız uşaqları arasında sidik yolları infeksiyasının, digər
uşaqlar arasında isə qəbizlik və sklerozun geniş yayıldığının şahidi oldum. Qız
uşaqları arasında sidik yolları infeksiyasının yayılmasının əsas səbəblərindən
biri də gigiyenik qaydalara əməl olunmamasıdır. Buna görə də qız anası olan
valideynlər bu kimi məsələlərdə çox diqqətli olmalıdırlar”.


R. Bəylərov
həmçinin aksiyaya Türkiyədə və Qazaxıstanda yaşayan azərbaycanlıların da
qatıldığını bildirib.


BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər