14 dərəcə şaxta olacaq - Yollar buz bağlayacaq

Fevralın 18-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakiPost.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-5° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 2-4° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər