Ru
18:01 / 19 Sentyabr 2018

12 yaşlı uşaq göldə batdı

2430
Xaçmaz rayonunun Qobuqıraq kəndində 12 yaşlı uşaq süni göldə boğulub.


BakuPost Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışlarına Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. 


H.Osmanovun meyiti dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib. 


Əməliyyat başa çatıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər