Ru
15:10 / 27 Mart 2017

12 yaşlı Fuad kikboksinqdə birinci oldu - FOTO

1081
Bakıda Əl Oyunları İdman Sarayında "Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında kadetlər və yeniyetmələr arasında keçirilən kikboksinq üzrə Azərbaycan birinciliyində Ağcabədi rayon Birlik Kikboksinq qrupunun yeniyetməsi Fuad Əliyev birinci olub. 


BakiPost.az xəbər verir ki, yarışda ölkəmizin müxtəlif bölgələrindən, müxtəlif yaş qruplarında gənclərimiz iştirak edib. Belə ki, yarışa 78 klubdan 1000-ə yaxın idmançı qatılıb. Ağcabədi rayon Birlik Kikboksinq qrupunun yeniyetməsi Fuad Əliyev 41 kiloqram çəki dərəcəsində Daxili İşlər Nazirliyinin qrupundan olan rəqibini finalda ağır məğlubiyyətə uğradaraq birincilik qazanıb.


12 yaşlı Fuad Əliyevin kikboksinq üzrə məşqçisi Mehman Quliyevdir.

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər