Ru
13:34 / 24 May 2018

100 illik bayraq baş nazirə təqdim olundu

5530
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı mayın 25-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub.


BakuPost xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.


Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri Baş nazirə təqdim edib.

 

100 illik bayraq baş nazirə təqdim olundu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər