Ru
15:24 / 19 Yanvar 2017

1 milyonluq dövlət rüsumu mobil operatorlara necə təsir edəcək? - ŞƏRH

878

"Lizensiyanın
qiymətinin artırılması yeni mobil operatorların bazara daxil olmasına problem
yaradacaq”.

Bu sözləriBakiPost.az-a iqtisadçı ekspert Vüqar Bayramov mobil operatorların fəaliyyəti
üçün lisenziyanın qiymətinin 5,5 min manatdan bir milyon manatadək
qaldırılmasına münasibət bildirərkən deyib.

Onun
sözlərinə görə, lisenziyanın yeni qiyməti hazırda fəaliyyət göstərən mobil
operatorlara şamil edilməyəcək:
"Köhnə lisenziyası olan mobil operatorlardan
dövlət rüsumunun yeni yüksək məbləğlə alınmasını tələb etmək qanunvericiliklə
mümkün deyil. Çünki mobil operatorun lisenziyası varsa, ona uyğun fəaliyyətini
aparırsa, deməli, onlar yenidən lisenziya almamalıdır. Belə olduqda isə
lisenziya məbləğinin artırılması onların xərcinə təsir göstərməyəcək”.




 

İqtisadçı
onu da qeyd edib ki, hazırda bazarda olan və mobil xidmətlər təklif edən şirkətlər
lisenziya məbləğinin yüksəldilməsindən istifadə edərək qiymət artımlarına getməməlidir:
"Çünki onların xərcində hər hansı bir artım yoxdur. Əgər qiymət artımları gedərsə,
bu təbii ki, iqtisadi baxımdan hesablanan qiymət artımları olmayacaq. Ona görə
də qiymət artımı hazırda bazarda olan şirkətlərin xərcinə təsir göstərməyəcək.
Sadəcə olaraq bazara daxil olmaq istəyən şirkətlər üçün çətin olacaq”.

Sevinc Yasinqızı

Bakı Post

1 milyonluq dövlət rüsumu mobil operatorlara necə təsir edəcək? -  ŞƏRH
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər